Bled Strateji Forumunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən DANIŞILDI

Bled Strateji Forumunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən DANIŞILDI

Hazırda oxunan: Bled Strateji Forumunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən DANIŞILDI

209818

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniyada keçirilən Bled Strateji Forumunda iştirak etmək məqsədilə avqustun 31-dən sentyabrın 3-dək bu ölkədə işgüzar səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, Forum çərçivəsində qlobal iqtisadiyyat mövzusuna həsr olunmuş paneldə çıxış edən F.Rzayev dövlətimizin həyata keçirdiyi irimiqyaslı enerji layihələri, Avropa ölkələrinin enerji təhlükəsizliyinə verdiyi töhfə barədə məlumat verib, beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması və fəaliyyəti sahəsində oynadığı vacib rol barədə danışıb.
 

Azərbaycanın bu fəaliyyətinin Cənubi Qafqaz regionunun təhlükəsiz, firavan və inkişaf etmiş bir məkana çevrilməsi baxımdan xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.


Səfər çərçivəsində, həmçinin Sloveniyanın Xarici İşlər Nazirliyində dövlət katibi Marko Ştuçin ilə keçirilmiş görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər, o cümlədən iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, iqtisadiyyat və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Bu xüsusda, əlaqələrin daha da genişlənməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyi qeyd edilib.

F.Rzayev postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə qarşı tərəfi məlumatlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO