Ötən il Xankəndiyə nə qədər investisiya YATIRILIB?

Ötən il Xankəndiyə nə qədər investisiya YATIRILIB?

Hazırda oxunan: Ötən il Xankəndiyə nə qədər investisiya YATIRILIB?

209217

2023-cü ildə Qarabağ iqtisadi rayonuna 2 milyard 254,4 milyon manat investisiya qoyulub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19,5 % çoxdur.

Məlumata görə, bunun 33,1 %-i və ya 747,332 milyon manatı Füzuli rayonuna (illik müqayisədə 35,8 % çox), 27,8 %-i və ya 626,67 milyon manatı Şuşa rayonuna (11,4 % az), 26,2 %-i və ya 589,564 milyon manatı Ağdam rayonuna (85,6 % çox) yönəldilib.

Hesabat dövründə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonuna sərmayə qoyuluşu 84,3 % artaraq 76,613 milyon manata, Bərdə rayonuna 3,5 dəfə azalaraq 10,647 milyon manata, Xocalı rayonuna 20,8 dəfə aratarq 5,304 milyon manata, Xocavənd rayonuna 34,9 % azalaraq 112,088 milyon manata, Tərtər rayonuna sərmayə qoyuluşu isə 42,2 % artaraq 86,151 milyon manata çatıb, Ağdərə rayonuna sərmayə ayrılmayıb, Xankəndi şəhərinə isə ilk dəfə 31,5 min manat sərmayə qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO