SOCAR İnvestisiya Holdinqinə niyə verildi? – SƏBƏBLƏRİ AÇIQLANDI

SOCAR İnvestisiya Holdinqinə niyə verildi? – SƏBƏBLƏRİ AÇIQLANDI

Hazırda oxunan: SOCAR İnvestisiya Holdinqinə niyə verildi? – SƏBƏBLƏRİ AÇIQLANDI

20907

İndiyə qədər bir çox şirkətin idarəçiliyi Prezidentin fərmanı ilə yaradılan İnvestisiya Holdinqinə tapşırılıb. Son dəfə isə hesabatların, açıqlanan məlumatların, ümumi nəzarətin yaxşılaşdırılması üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarəçiliyi də həmin holdinqə verildi. 

Bizim.Media Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla məsələyə aydınlıq gətirməyə çalışıb.

Mərkəz rəhbəri əsas məqsədin SOCAR-ın gəlirliyinin artırılması məqsədi güddüyünü bildirib:

“Prezidentin 8 may tarixində imzaladığı fərman Azərbaycan Dövlət Neft Şirkətində kimin hansı səlahiyyətə malik olmasını təyin edir. Burada Müşahidə Şurasının, İdarə heyətinin və Neft Şirkətinin prezidentinin hansı vəzifələri yerinə yetirilməsi göstərilir. Bundan başqa şirkətin prezidentinin hansı şəxsləri vəzifəyə təyin edə biləcəyi haqqında da məlumat var. Məsələn SOCAR-ın baş ofisindəki işçiləri qurumun prezident işdən çıxara və əksinə onları vəzifəyə təyin edə bilər. Lakin SOCAR-dan törəmə şirkətlərində rəhbər vəzifələrə təyinat zamanı bunu edə bilməz. Burada artıq o səlahiyyətlər Müşahidə Şurasına aiddir”.

İlham Şaban SOCAR-la bağlı 3-cü fərmanın imzalanması ehtimalından da danışıb. O, fikirlərini Dövlət Neft Şirkətinin yeni strukturunun hələ təsdiqlənmədiyi ilə əlaqələndirib. 

“Necə ki, 2005-ci ildə Neft Şirkəti üçün yeni struktur müəyyənləşdi və 15 il fəaliyyətdə oldu, indi də belə bir dəyişiklik gözlənilir. Yeni neft və qaz strategiyası müəyyən olunmalıdır. Son 15 ildə Neft Şirkətinin strategiyasına nəzər salsaq görərik ki, 2009-cu ildə quruma “Azəriqaz”, 2010 “Azərkimya” birləşdirildi. İndi bəlkə bunlar Neft Şirkətindən ayrılıb azad bir qurum olacaq? Çünki onların öz prespektivləri var. Niyə də olmasın? Bu baxımdan hardasa ilin ortalarında biz Azərbaycan Neft Şirkəti ilə bağlı tam mənzərəni görə biləcəyik”.

İ.Şaban bildirib ki, SOCAR-da edilən bu dəyişikliklərin əsas məqsədi onun gəlirliyinin artmasına hesablanmış addımdır. Gəlirliyin artması əsasən istehsalın inkişafından asılıdır.

Ekspert indiyə qədər Azərbaycanda istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksəldilmə vaxtının da yetişdiyini qeyd edib: 

“Bir neft ölkəsi olaraq müasir standarlara cavab verən məhsulların istehsalına başlamalıyıq ki, ölkənin bu sahədən əldə etdiyi gəlirlər artsın. Bu istiqamətdə qarşıya qoyulan yeni tələblər bir neçə ilə Azərbaycana milyardlarla əlavə vəsaitlər qazandıracaq. Ona görə də SOCAR-ın İnvestisiya Holdinqinin idarəsi altına verilməsi zəruri idi”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO