“Kubik“ BAHALAŞDI - Evlərin qiyməti artacaq?

“Kubik“ BAHALAŞDI - Evlərin qiyməti artacaq?

Hazırda oxunan: “Kubik“ BAHALAŞDI - Evlərin qiyməti artacaq?

208980

“Digər tikinti materialları kimi mişar daşının da qiyməti artıb. Buna yük avtomaşınlarının tutumuna texniki nəzarətin gücləndirilməsi, daşınma və logistika, işçi qüvvəsi, yanacaq qiymətləri və s. kimi amillər səbəb olub. Bununla yanaşı, yay fəslində tikinti işləri sürətləndiyindən mişar daşına tələbat artır. Bu da istər-istəməz qiymətə öz təsirini göstərir”. 

Bizim.Media xəbər verir ki, bunu “Bakupost.az”a iqtisadçı ekspert Xalid Kərimli deyib. 

Onun sözlərinə görə, dizelin qiymətinin artması tikinti daşının maya dəyərinə çox ciddi təsir edir. Ona görə də təkcə daş yox, qum və sementin də qiymətində bahalaşma ola bilər:  

“Bu gün ölkədə ekoloji standartlara ciddi nəzarət olunur. Daş karxanalarını əvvəlki kimi istismar edə bilmirlər, buna ciddi nəzarət var. Daş karyerləri ilə bağlı ekoloji standartlara ciddi nəzarət olunması da qiymətə təsirsiz ötüşmür. Qeyd edim ki, mişar daşının qiymətində artım evlərin maya dəyərinin bahalaşmasına səbəb olacaq. Mənzil bazarında qiymətlər bir qədər də yüksələcək”. 

Qeyd edək ki, yaxın vaxtlara qədər 50-52 qəpiyə satılan mişar daşı indi alıcılara 0.80-1 AZN-ə təklif olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO