ünya bankının 2024-2025-ci il üzrə buğdanın qiyməti ilə bağlı proqnozuna əsasən, 2024-cü ildə 1 ton buğdanın qiyməti 290 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 45 dollar azdır.
DB-nin hesabatında 2025-ci ildə də buğdanın ucuzlaşması gözlənilir.
Azərbaycanda çörək ucuzlaşacaq?
İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında deyib ki, Azərbaycanda çörəyin qiymətinin ucuzlaşması gözlənilmir:
MÖVZU İLƏ BAĞLI:
Unun topdansatış qiyməti aşağı düşüb: Bəs çörəyin? - VİDEO
“Zavod çörəyinin maya dəyəri təxminən 20 qəpikdir. Hazırda çörəyin qiymətinin ucuzlaşması üçün kifayət qədər əsas var. Amma ucuzlaşacağını demək olmaz. Çünki bu sahə inhisardadır. Əgər çörəyin qiymətinin ucuzlaşması ilə bağlı göstəriş verilsə, 5 qəpik ucuzlaşacaq. Əgər verilməsə, heç bir ucuzlaşma olmayacaq.
Çörək istehsalı seqmenti rəqabət mühitində fəaliyyət göstərsəydi, rəqiblərin mübarizəsi optimal qiymətin formalaşmasında öz təsirini göstərərdi. Rəqabət həm qiymətin optimallaşmasına, həm də keyfiyyətin yüksəlməsinə şərait yaradır. Çünki bu sahədə rəqabət yoxdur”.
30 qəpik baha satılan çörək...
Qeyd edək ki, hazırda maya dəyəri 20 qəpik olan zavod çörəyi 55 qəpiyə satılır. Amma bəzi marketlərdə 60 qəpiyə satılan zavod çörəyinə də rast gəlmək mümkündür. Ümumilikdə isə 2022-ci ildən bəri zavod çörəyi 3 dəfə 5 qəpik, yəni ümumilikdə, 15 qəpik civarında ucuzlaşıb.
Nuray, Bizim.Media