Azərbaycanda su resursları niyə azalıb?

Azərbaycanda su resursları niyə azalıb?

Hazırda oxunan: Azərbaycanda su resursları niyə azalıb?

208777

Azərbaycanda son 7 ildə buzlaq sahələri orta hesabla 18 % azalıb.

Bizim.Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.

O, bildirib ki, son illərdə ölkəyə daxil olan su ehtiyatlarında da 18-20 % azalma müşahidə edilir:

“Ötən ilin avqust ayına nisbətən dağ göllərinin sahəsində 4,2 % azalma qeydə alınıb”.

F. Tağıyev bildirib ki, Kür çayının aşağı axınında su səviyyəsinin aşağı olması müşahidə edilir:

"Son 3-4 ilə baxsaq görərik ki, ölkə belə bir problemlə üzləşir: artıq Kür çayı dənizə deyil, dəniz Kür çayına axır. Bu o deməkdir ki, Türkiyə ərazisində başlayan Kür çayı Neftçala rayonu ərazisində dənizlə qovuşa bilmir. Bu zamanla su resurslarımıızn azalmasına səbəb olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO