“Kristal Bakı”ASC 2022 və 2023-cü il üzrə mənfəətini AÇIQLADI

“Kristal Bakı”ASC 2022 və 2023-cü il üzrə mənfəətini AÇIQLADI

Hazırda oxunan: “Kristal Bakı”ASC 2022 və 2023-cü il üzrə mənfəətini AÇIQLADI

208143

“Kristal Bakı” ASC-nin audit yoxlamasını aparmış müstəqil audit təşkilatı audit yoxlamasının nəticəsini tərtib edərək “Kristal Bakı” ASC-yə və rəsmi dövlət qurumlarına təqdim edib. Hər bir peşəkar maliyyəçinin bildiyi kimi tikinti-quraşdırma işləri yekunlaşmamış tikili, bina, mənzil və yaxud hər hansı bir daşınmaz əmlakın satışından gəlir IFRS-in (Beynəlxalq Maliyyə Hesabatı Standartları) təyin etdiyi standartlara əsasən sözügedən daşınmaz əmlakın tikintisi başa çatıb təhvil verildikdən sonra rəsmi olaraq tanınır. Buna görə də həmin hesabatlarda gəlir tanınmamış və inzibati xərclər zərər kimi əks etdirilib.

Bizim.Media xəbər verir ki, ”Kristal Bakı” ASC-nin Mənfəət vergisi bəyannaməsi əsasında “Vergitutma məqsədləri üçün mənfəəti” müvafiq olaraq 2022-ci il üzrə 1.918.613,47 AZN (Azərbaycan manatı), 2023-cü il üzrə isə 12.725.488,34 AZN (Azərbaycan manatı) olmuşdur.

Bu da Dövlət Vergi Xidmətinin portalında əks etdirilmiş və buna görə yaranan mənfəət vergisi dövlət büdcəsinə ödənib. Bu isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən götürülüb. Vergi Məcəlləsinin 130.6-cı maddəsində qeyd edilib ki, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir”.

Burdan bu nəticəyə gəlmək olur ki, “Kristal Bakı” ASC 2022 və 2023-cü il üzrə fəaliyyət dövrünü mənfəətlə başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO