Devalvasiya ilə bağlı MÜHÜM PROQNOZ – Dollar BAHALAŞIR?

Devalvasiya ilə bağlı MÜHÜM PROQNOZ – Dollar BAHALAŞIR?

Hazırda oxunan: Devalvasiya ilə bağlı MÜHÜM PROQNOZ – Dollar BAHALAŞIR?

207823

Son günlər Azərbaycanda devalvasiya olacağı ilə bağlı məlumatlar yayılır. Yazılan xəbərlərdə ilin sonunadək dolların qiymətinin 2 manata qədər yüksələcəyi qeyd olunur.

Hazırda ölkədə valyuta məzənnələrində dəyişiklik yoxdur, bir dolların satış qiyməti 1.70 AZN-dir.

Bəs, yaxın gələcəkdə devalvasiya gözlənilirmi? 

Mövzu barədə Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, gələn il üçün devalvasiya gözləniləndir:
 

MÖVZU İLƏ BAĞLI:

Dollar 2 manat olacaq? – AÇIQLAMA


“Bu il ərzində devalvasiyanın olacağını düşünmürəm, amma gələn il devalvasiya ehtimalları yüksəkdir. Artıq 9 ildir ki, sabit məzənnə rejimidir, bunu uzun müddət sürdürmək olmaz. 1.70 AZN məzənnəsi 9-cu ilə keçib ki, sabit saxlanılır. Buna görə də neftin hasilatı da düşür, qiymətində də ucuzlaşmalar var. Düşünürəm ki, gələn il devalvasiya ola bilər”.

O bildirib ki, ölkədə devalvasiyanı proqnozlaşdırmaq mümkün deyil:

“Azərbaycanda devalvasiya haqqında ehtimallar səsləndirmək olar, devalvasiyanı proqnozlaşdırmaqsa, mümkün deyil. Bu, siyasi qərardır. Proqnoz isə iqtisadi parametrlərə əsaslanır. Bizdə məzənnə inzibati qaydada tənzimlənir, hansısa başqa parametrlər rol oynamır.

 
Dolayı parametrlər rol oynayır, məsələn, neftin qiyməti, hasilatın azalması və s. Birbaşa inzibati qərar olduğu üçün, manatın dollar qarşısında ucuzlaşması hökumətin verəcəyi qərardan asılı olacaq”.

Günay Şahmar, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO