Nəqliyyat dəhlizlərində yük daşınmasından əldə olunan gəlirlər AÇIQLANDI

Nəqliyyat dəhlizlərində yük daşınmasından əldə olunan gəlirlər AÇIQLANDI

Hazırda oxunan: Nəqliyyat dəhlizlərində yük daşınmasından əldə olunan gəlirlər AÇIQLANDI

207667

Bu ilin yanvar-iyun aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində yük daşınmasından 276 189,4 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 2,6% azdır.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 283 558,9 min manat təşkil edib.

Məlumata görə, hesabat dövründə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində ranzit yük daşınmasından 177 003,4 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 1,2% azalma deməkdir.

Qeyd etmək lazımdır ki, bu ilin birinci yarısında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16 407,6 min ton, yük dövriyyəsi isə 6 633,5 milyon ton-km olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2% və 2,4% artım müşahidə olunub.

Belə ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8 170 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə - 4 242,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə - 4 807,7 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə - 3 248,8 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 181,1 min ton təşkil edib.

Yüklərin 7 506,7 min tonu və ya 45,8%-i dəmir yolu nəqliyyatı, 5 004,4 min tonu və ya 30,5%-i avtomobil nəqliyyatı, 3 896,5 min tonu və ya 23,7%-i dəniz nəqliyyatı ilə daşınmışınıb. Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 59,2%-i və ya 9 707,6 min tonunu tranzit yüklər təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO