Unun topdansatış qiyməti aşağı düşüb: Bəs çörəyin? - VİDEO

Unun topdansatış qiyməti aşağı düşüb: Bəs çörəyin? - VİDEO

Hazırda oxunan: Unun topdansatış qiyməti aşağı düşüb: Bəs çörəyin? - VİDEO

207261

Un ucuzlaşıb. Prosesin isə davamlı olacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, satıcılar deyirlər ki, unun topdansatış qiyməti son aylarla müqayisədə aşağı düşüb. Avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini azaldıblar.

Açıqlanan rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26.1-27.8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26.8-28.5 manat, iyun ayında isə 28.3-29.5 manat təşkil edib.

İqtisadçı Aslan Asimzadə deyir ki, un çörəyin əsas xammalı hesab olunduğundan, qiymətinin enməsi və aşağı rəqəmlərdə stabilləşməsi, çörəyin qiymətinin də ucuzlaşmasına təsir edə bilər.

Eskpert əlavə edib ki, çörək əsas qida və strateji məhsul olduğu üçün bu sahəyə dövlət nəzarəti kifayət qədər yüksəkdir.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO