Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi - 50 min manat...

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi - 50 min manat...

Hazırda oxunan: Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi - 50 min manat...

207089

Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna edilmiş dəyişikliklə lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə aid edilən döyüş təyinatlı hərbi texnika və hərbi silahla bağlı lisenziya verilməsinə görə yeni dövlət rüsumu müəyyənləşib.

Belə ki, döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.

Bundan əlavə, döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO