Xiyarın bahalaşmasının səbəbkarı “Azəriqaz”dır? – İDDİA

Xiyarın bahalaşmasının səbəbkarı “Azəriqaz”dır? – İDDİA

Hazırda oxunan: Xiyarın bahalaşmasının səbəbkarı “Azəriqaz”dır? – İDDİA

206948

Hər il avqustun ortalarında regionlarda xiyarın bir kiloqramı 15-20 qəpik, mərkəzi şəhərlərdə isə 70-80 qəpik olurdu. Lakin bu il xiyarın qiyməti “əl yandırır”. Hazırda mərkəzi şəhərlərdə xiyarın bir kiloqramı 2,5-2,7 manata təklif olunur. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərin 3 dəfədən çox bahalaşdığını göstərir.

Ötən ilin avqust ayında Azərbaycanda xiyarın 1 kiloqramının orta satış qiyməti 65 qəpik olub. İndi isə qiymətlər 3 manata yaxındır.

Bəs qiymətlərdəki bu qədər sıçrayışın səbəbi nədir?
 

MÖVZU İLƏ BAĞLI:

Paytaxt bazarlarında xiyar və pomidorun bahalaşmasının SƏBƏBİ NƏDİR? - VİDEO


Mövzu ilə bağlı Bizim.Media-ya danəşan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu problem birdən-birə yaranmayıb:

“Buna uzun bir hazırlıq yolu keçildi. Belə ki, bir neçə il əvvəl bizə belə bir məlumat gəlmişdi ki, bəzi regionlarda, xüsusən də, Qərb bölgəsində istixana sahibləri ciddi sınaq qarşısında qalıb. Səbəbsə o idi ki, payız-qış aylarında Azəriqaz İB bölgələrdə olan istixanalara quraşdırılan sayğacları dəyişdirməyə başladı. Bu zamansa götürülən köhnə sayğaclar anındaca yenisi ilə əvəzlənmədi. Bəhanə gətirildi ki, ən qısa zamanda yeni sayğaclar gətirilib quraşrılacaq. Lakin “Azəriqaz” vədinə əməl  etmədi. Maraqlı məsələ isə o idi ki, “Azəriqaz” niyə məhz soyuq aylarda sayğacları dəyişdi? Yeni sayğacların quraşdırılması niyə gecikdirildi? 

Deməli, bu məsələnin arxasında maraqlı qüvvələr olub. Nəticədə, regionlardakı istixanaların çoxu məcburiyyətdən fəaliyyətini dayandırdı. Bəziləri isə profilini dəyişdi. Beləcə, regionlarda olan xırda və orta sahibkarlar sıradan çıxarıldı. Nəticədə, tərəvəz istehsalı ayrı-ayrı adamların inhisarına keçdi. Çox sayda sahibkar isə tərəvəzçilik sektorundan çəkildi”. 

“Süni qiymət artımına şərait yaradırlar”

Müsahibimiz onu da qeyd qeyd edib ki, xırda və orta sahibkarlar yay aylarında da istixananın üstünü açaraq tərəvəz yetişdirirdi:

“Amma bu gün belə istixanalar çox azdır. Ona görə də təklif azaldığı üçün qiymətlər kəskin bahalaşıb. Bundan əlavə, istehsalçılar ittifaqa girərək bazara az miqdarda məhsul çıxarmaqla süni qiymət artımına şərait yaradırlar. Digər xırda səbəbsə, bu ilin yaz-yay aylarında yağıntıların çox olmasıdır. Anomal hava şəraiti də məhsuldarlığa mənfi təsir göstərib”.

Sözügedən iddialarla bağlı “Azəriqaz” İB-yə sorğu ünvanladıq. Qurumun mövqeyini dərc etməyə hazırıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO