1 milyon yarımdan çox Rusiya və Ukrayna vətəndaşı Azərbaycana niyə gəlib? – DETALLAR

1 milyon yarımdan çox Rusiya və Ukrayna vətəndaşı Azərbaycana niyə gəlib? – DETALLAR

Hazırda oxunan: 1 milyon yarımdan çox Rusiya və Ukrayna vətəndaşı Azərbaycana niyə gəlib? – DETALLAR

206828

Ötən il Rusiyadan və Ukraynadan Azərbaycana gələnlərin sayında kəskin artım müşahidə olunub. Belə ki, ölkəyə gələn Rusiya vətəndaşlarının sayı 200 mindən çox artaraq 624 min 753 nəfərə çatıb. 31 min 267 Ukrayna vətəndaşı da Azərbaycana daxil olub.

Cari ilin yanvar-iyul aylarında 438 min 66 nəfər Rusiya, 20 min 189 Ukrayna vətəndaşı da Azərbaycana giriş edib.

Ümumilikdə isə 2022-ci ilin mart ayından cari ilin iyul ayınadək 1 milyon 535 min 889 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib. 

Bəs bunun ölkəmiz üçün müsbət və mənfi tərəfləri nələrdir?

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Bizim.Media-ya bildirib ki, pandemiyadan sonra miqrant sayında artım olması təbii haldır:

“Çünki pandemiya dövründə hava və quru yolları bağlı idi. Hazırda da quru sərhədlərin bağlı olmasına baxmayaraq, Rusiya ilə Azərbaycan arasında miqrant mübadiləsi artan templə davam edir. Ukraynadan da Azərbaycana gediş-gəliş müharibə təzə başlayanda, yəni 2022-ci ilin birinci yarımilliyində daha çox müşahidə olunurdu. Bu, statistik rəqəmlərdə də özünü büruzə verirdi. Məsələn, əvvəl ölkə ərazisində 4-5 min ukraynalı var idisə, müharibə başlayanda bu rəqəm 10-15 minə yüksəldi. 

Lakin 2022-ci ilin avqustundan bu say azalmağa başladı

Qeyd edim ki, Rusiyadan Azərbaycana gələn şəxslərin sayında artım hələ də var. Burda iqtisadi səbəblər böyük rol oynayır. Çünki Qərb tərəfindən Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar var. Bu da istənilən halda Rusiya vətəndaşlarının işsizliyə görə xarici ölkələrə üz tutmasına səbəb olur. Nəticə etibarilə belə ölkələrdən biri də Azərbaycandır. Çoxsaylı rus şirkətləri var ki, Azərbaycanda fəaliyyətlərini qurublar”. 

Azər Allahverənovun sözlərinə görə səfərbərlik məsələləri də Rusiya vətəndaşlarının xarici ölkələrə getməsinə səbəb olur:

“Hazırda isə Azərbaycanda əcnəbilərin sayı 130-150 mindir. Lakin bu rəqəm eyni anda ölkədə olan əcnəbilərin sayı demək deyil. Düzgün idarə olunan miqrasiya sistemi həmişə ölkə iqtisadiyyatına müsbət təsir göstərir, böyük investisiyalar əldə etmək mümkün olur. Lakin düzgün idarə olunmayan miqrasiya sistemi qeyri-qanuni miqrant axının miqyasının genişlənməsinə gətirib çıxarır”.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO