2024-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 2 milyard 56 milyon 358 min manat vəsait sərf edilib.
Bizim.Media xəbər verir ki, “apa.az”ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% və ya 381 milyon 790 min manat çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 568 min manat vəsait yönəldilib.
Xatırladaq ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 438.5 mln. manat), Ağdam ( 308.5 mln. manat) və Laçın ( 242.4 mln. manat) rayonlarına ayrılıb.
Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Xocalıda 649 dəfə, Qubadlı 2.6 dəfə, Ağdamda 2.3 dəfə, Şuşada isə 52% artırılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:46 / 15.08.2024
Altı ayda azad edilmiş rayonlarda tikinti işlərinə nə qədər vəsait xərclənib? - SİYAHI
Hazırda oxunan: Altı ayda azad edilmiş rayonlarda tikinti işlərinə nə qədər vəsait xərclənib? - SİYAHI
Hazırda oxunan: Altı ayda azad edilmiş rayonlarda tikinti işlərinə nə qədər vəsait xərclənib? - SİYAHI
206769
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.