Əmanətlərin Sığortalanması Fondu “Dəmirbank”x9dın kreditorlarına müraciət edib

Əmanətlərin Sığortalanması Fondu “Dəmirbank”x9dın kreditorlarına müraciət edib

Hazırda oxunan: Əmanətlərin Sığortalanması Fondu “Dəmirbank”x9dın kreditorlarına müraciət edib

206635
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank”x9d ASC-nin kreditorlarına müraciət edib.

Fonddan “APA-Economics”x9də verilən məlumata görə, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank”x9d ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib.

Eyni qərarla “DəmirBank”x9d ASC-yə Əmanətlərin Sığortalanması Fondu 27 dekabrxa0 2017-ci il tarixindən ləğvedici təyin edilib.

“Banklar haqqında”x9d qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.xa0 Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

-xa0 xa0 xa0 xa0Kreditorun adı və ünvanı;

-xa0 xa0 xa0 xa0tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

-xa0 xa0 xa0 xa0tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

"Kreditorlardan xahiş olunur ki, bu elanın dərc edildiyi gündən 60 gün ərzində “DəmirBank”x9d ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsinlər", - deyə məlumatda vurğulanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO