Nağdsız ödənişlərin "nağd" DƏRDİ – POS-terminallardakı problem nədən qaynaqlanır?

Nağdsız ödənişlərin "nağd" DƏRDİ – POS-terminallardakı problem nədən qaynaqlanır?

Hazırda oxunan: Nağdsız ödənişlərin "nağd" DƏRDİ – POS-terminallardakı problem nədən qaynaqlanır?

206306

Tez-tez ölkədə nağdsız ödənişlə bağlı problem yaranır. Bu problem Pos-terminallar və ödəmə aparatları, bəzən də müxtəlif banklara məxsus mobil tətbiqlərdə yaşanır.

İyulun sonunda Pos-terminallarda yaranan və bütün ölkədə müşahidə olunan uzunmüddətli problemə görə vətəndaşlar istirahət məkanlarında, kafe və restoranlarda, mağazalarda ödənişi nağd həyata keçirməyə məcbur qalıblar.
 

Nağdsız ödənişlərin artdığı vaxtda bəzən bu kimi hallar bütün ölkəni əhatə eləməsə də, tək-tək mağaza və ya ictimai iaşə obyektlərində yaşanır. Dəfələrlə müştərilər kartların işləmədiklərini, ATM-lər, POS-terminallar və mobil tətbiqlərdən istifadə zamanı məhdudiyyətlərin yarandığını qeyd ediblər.


Problemlər fərqli yerlərdən qaynaqlansa da, nəticə eynidir. 

Bəs bu kimi problemlərin yaranmasına səbəb nədir?

Məsələ ilə bağlı "Azərikard"dan Bizim.Media-ya bildirlib ki, Pos-terminallarda yaranan problem onlarla əlaqəli olmayıb:

“Pos-terminallarda yaşanan müvəqqəti problem şəbəkə xətası ilə əlaqəli olub”.

Mövzuyla bağlı fikirlərini Bizim.Media-ya bölüşən İT eksperti Elvin Abbasov deyib ki, bu cür problemlərin yaranması təbiidir:
 

MÖVZU İLƏ BAĞLI:

POS-terminalı olmayan obyektlərə XƏBƏRDARLIQ – “6 min manat cərimə GÖZLƏYİR”


“Nağdsız ödənişlər həyata keçirilərkən Pos-terminallarda, mobil tətbiqlərdə, ATM-lərdə texniki nasazlıqların olması təbiidir. İstər banklar, istərsə də Pos-terminallara gələn servislərdə müxtəlif dövrlərdə problemlər olur. Bəzən bank tərəfindən də texniki nasazlıq yaranır və onu aradan qaldırırlar. Yaxud güncəlləmələr (update) səbəbindən də yarana bilir. Banklar bəzən vətəndaşlara texniki işlərin getməsi ilə bağlı xəbərdarlıq edirlər. Bu kimi problemlər ümumi İT sahəsində olur. Bunun böyük şirkətlərdə də, dövlət qurumlarında da olması mümkündür. Azərbaycanda da bu sahədə işlər aparılır”.

O hesab edir ki, əsas məsələ sistem dayanmadan nasazlığın aradan qaldırılmasıdır:

“Təəssüflər olsun ki, bu məsələ də Azərbaycanda tam təkmilləşməyib. Çünki burada böyük bir investisiya lazımdır ki, həmin sistemin əkizi qurulsun. Bu istiqamətdə şirkətlər daha çox investisiya qoymalıdırlar ki, əvəzləyici sistemləri olsun. Həmçinin, şirkətlərə nəzarət olunmalıdır.

Servisləri verən, xidmətləri üçün onlara şərait yaradan qurumlar həmin şirkətlərin qarşısına öhdəlik qoymalıdır ki, sistem dayanmasın. Çünki vətəndaş nağdsız ödəniş etmək istəyir, artıq bu mədəniyyət yaranıb. Bunun üçün də münbit şərait lazımdır ki, pos-terminallar və ya mobil tərbiqlərdən edilən ödənişlərdə problemlər daha az olsun”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO