Günümüzün ən gəlirli peşələri – SİYAHI

Günümüzün ən gəlirli peşələri – SİYAHI

Hazırda oxunan: Günümüzün ən gəlirli peşələri – SİYAHI

205851

Hansı sahəni, ixtisası, peşəni seçsə, daha çox gəlir qazana biləcəyi məsələsi bütün gənclər üçün böyük önəm kəsb edir. Bu bir az nisbi anlayış olsa da, əlbəttə ki, bütün zamanların özünəməxsus “pullu” peşəsi var. Müasir dövrdə qarşımıza cürbəcür vakansiyalar çıxır. Texnologiyanın daim inkişafı da əmək bazarına təsir edir. 

Bəs günümüzün gəlirli peşələri hansılardır?

Kariyera mütəxəssisi Toğrul Ələkbər Bizim.Media-ya gəlirli peşələrdən danışıb. 

“Məncə cavab tam da birmənalı "ən gəlirli peşələr hansıdır?" prizmasında deyil. O baxımdan ki, gəlir hər peşədə var və ümumən götürsək, hər peşədə qazanmaq olar. Sadəcə “gəlirə daha tez necə çatmaq olar” sualı maraq doğurur. Burada tələb-təklif məsələsinədə baxmalıyıq. Yəni tələbat və kadr çatışmazlığı olan sahələrdə gəlir daha çox olur. Lakin bu müvəqqəti ola bilər. Misal üçün, koreya dili təcrüməçisi 3000 azn qazana bilər, çünki onun bazarda rəqibi yoxdur. Lakin rəqiblər artdıqca xidmət göstərənlər artır və bu da bazardaki qiymətlərə təsir göstərir”. 

Hansı peşələr qısa müddətdə pul qazanıb? 

Toğrul Ələkbər deyir ki, gəlirli peşələrdə sağlamlıq sektoru xüsusi yer tutur:
 

“Gəlirli peşələr texnologiyanı özündə əks etdirir. İlk olaraq bir neçə istiqaməti - mühəndislik, kompüter və proqramlaşdırma, eyni zamanda təəcüblü olsa da həkimlik və sağlamlıq sahələridir. Axırıncını xüsusən qeyd edirəm. 


Çünki araşdırmalar da göstərir ki, gələcəyin peşələrinin içərisində həkimlik və sağlamlıq peşələri xüsusi yer tutacaq. Bununla paralel olaraq isə rəqəmsal marketinq, insan inkişafı (HR, kouçinq, təlimçlik, karyera məsləhətçiliyi) və layihə idarəçiliyi peşələri də bazarda tələb olunandır”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO