Bakıda bahalı villalar satışa çıxarılır - FOTO

Bakıda bahalı villalar satışa çıxarılır - FOTO

Hazırda oxunan: Bakıda bahalı villalar satışa çıxarılır - FOTO

205767

Bakıda hər gün fantastik qiymətə villalar satışa çıxarılır. Yay mövsümü ilə əlaqəli isə hazırda daha çox Bakıətrafı və dənizə yaxın ərazilərdə bağ evlərinə maraq daha böyükdür.

Bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar. Son günlər bu cür elanların sayı daha da artıb. Xüsusən də torpaq sahəsi daha geniş olan villaların qiyməti bahadır.

Əsasən, şəhərdən bir qədər uzaq yerləşən bu villalar lüks və dəbdəbəli şəraiti ilə seçilir. 

Bizim.Media yenisabah.az-a istinadən xəbər verir ki, bu dəfə 6 milyon 800 min manata satışa çıxarılan villa isə Şüvəlan qəsəbəsində yerləşir.

Sözügedən villanın 1400 kvadrat metr sahəsi var və 4 mərtəbədən, 10 otaqdan ibarətdir.

Evin fantastik qiymətə satılmasının əsas səbəbi isə həyətyanı sahəsi və çimərliyə yaxın olması ilə əlaqələndirilir. Belə ki, həyətin 36 sot torpaq sahəsi var.

Satıcı qeyd edir ki, mülk dənizə çox yaxın məsafədə yerləşir. Villanın həyətində əlavə tikilisi də var. Bundan əlavə, evin 2 filtrli hovuzu, idman zalı, saunası var. Hovuzlardan biri qapalıdır, digəri isə həyətyanı sahədə yerləşir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO