Qarabağ Dirçəliş Fondu (QDF) 31 dekabr 2023-cü il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor “PwC Azərbaycan”ın müvafiq dövr üçün apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.
Qarabağ Dirçəliş Fondundan Bizim.Media-ya verilən məlumata görə, maliyyə hesabatları 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı əhatə edir.
“PwC Azərbaycan” tərəfindən Qarabağ Dirçəliş Fondunun 2023-cü il 31 dekabr tarixinə maliyyə hesabatına dair verilən rəydə qeyd olunub:
“Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Qarabağ Dirçəliş Fondu”nun (“Fond”) 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir”.
Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fonduna 2023-cü il ərzində ümumilikdə 206,485,811 AZN ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə əlavə 47,195,993 AZN maliyyə gəliri əldə edib. Əldə edilən maliyyə gəlirləri keçən ilin göstəriciləri ilə müqayisədə 37% artıb.
Nəticədə, maliyyə (investisiya) gəlirlərinin Fondun ümumi gəlirlərində payı 1%-dən 18,6%-ə qədər yüksəlib. Bununla da, 31 dekabr 2023-cü il tarixinə Fondun cəmi aktivlərinin həcmi 19% və ya 238,9 milyon manat artaraq 1,477,065,244 AZN-ə çatıb.
Xatırladaq ki, 24 yanvar 2024-cü il tarixində Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə “PwC Azərbaycan” Fondun 2023-cü il üzrə kənar auditoru kimi təsdiq olunub. Fondun hesabatları və auditorun rəyi ilə Fondun rəsmi saytında Azərbaycan və ingilis dillərində tanış olmaq olar.
Azərbaycan dilində: //qdf.gov.az/media/files/article/255/MHBS-uygun-Maliyye-Hesabatlari-ve-Musteqil-Auditorun-Hesabati-2023.pdf
İngilis dilində: //qdf.gov.az/media/files/article/255/IFRS-Financial-Statements-and-Independent-Auditor-s-Report-2023.pdf
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:43 / 08.08.2024
Qarabağ Dirçəliş Fondunun 2023-cü il üzrə investisiya gəlirləri ARTDI
Hazırda oxunan: Qarabağ Dirçəliş Fondunun 2023-cü il üzrə investisiya gəlirləri ARTDI
Hazırda oxunan: Qarabağ Dirçəliş Fondunun 2023-cü il üzrə investisiya gəlirləri ARTDI
205682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.