MTM (Media Təhlil Mərkəzi) nazirlik və bankların fəaliyyətinin yerli onlayn mediada işıqlandırılmasının monitorinqini keçirib.
Bizim.Media xəbər verir ki, nəticələr belə olub:
2024-cü ilin iyul ayında Azərbaycanda onlayn mediada nazirliklərlə bağlı 27617, banklara dair isə 5183 məqalə dərc edilib. Rəqəmləri 2022 və 2023-cü illərin iyul ayında qeydə alınan nəticələrlə müqayisə etsək, cari ildə onlayn medianın həm nazirliklər, həm də bankların fəaliyyətinə daha çox yer ayırdığını görərik.
Belə ki, 2022-ci ilin iyul ayında Azərbaycanda onlayn mediada nazirliklərlə bağlı 14870, banklar barədə 2289, 2023-cü ilin iyul ayında isə nazirliklərlə əlaqədar 19814, banklar haqqında isə 2855 məqalə dərc edilib.
Ətraflı məlumat üçün bildirək ki, 2024-cü ilin iyul ayında nazirliklərlə bağlı dərc olunan məqalələrin 15,2%-i Müdafiə Nazirliyinin, 11,4%-i Xarici İşlər Nazirliyinin, 10,4%-i Daxili İşlər Nazirliyinin, 63%-i isə digər nazirliklərin fəaliyyətini əks etdirib. Banklarla bağlı dərc edilən olunan məqalələrin 19,5%-i Kapital Bankın, 15,9%-i ABB-nin, 11,3%-i Paşa Bankın, 53,3%-i isə digər bankların fəaliyyətinə aid olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:06 / 07.08.2024
Nazirlik və banklarla bağlı monitorinqin nəticələri açıqlandı - FOTO
Hazırda oxunan: Nazirlik və banklarla bağlı monitorinqin nəticələri açıqlandı - FOTO
Hazırda oxunan: Nazirlik və banklarla bağlı monitorinqin nəticələri açıqlandı - FOTO
205547
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.