Kredit faizləri endirilə bilərmi? - VİDEO

Kredit faizləri endirilə bilərmi? - VİDEO

Hazırda oxunan: Kredit faizləri endirilə bilərmi? - VİDEO

205433

Bu ilin ikinci yarısında Mərkəzi Bank tərəfindən uçot dərəcəsi sabit saxlanılıb.  Mərkəzi Bank uçot dərəcəsini dəyişdirən zaman ən çox verilən sual bu qərarın kredit faizlərinə necə təsir etməsi ilə bağlıdır. Yəni, uçot dərəcəsinin endirilməsi kredit faizlərini də azaldacaqmı?

Bizim.Media xəbər verir ki, mövzuya iqdisadçı- ekspert Eldəniz Əmirov münasibət bildirib.

Onun sözlərinə görə, uçot dərəcəsinin sabit saxlanılması kredit faizlərinin azalmasına təsir edə bilməz, çünki bu təsirlərin müşahidə olunması üçün müddət lazımdır.

Eldəniz Əmirov qeyd edib ki, hazırda Azərbaycanda kredit şərtlərini formalaşdıran əsas faktorlardan biri depozit şərtləridir.
 

Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, uçot dərəcəsinin Mərkəzi Bank tərəfindən yüksəldilməsi və yaxud azaldılması inflasiyanın tənzimləmə alətlərindən biridir. Uçot dərəcəsinin yüksəlməsi müəyyən dərəcədə kredit faizlərinə təsir edən amildir. Hazırda isə kredit faizləri sabit olaraq qalır.


Daha ətraflı videomaterialda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO