Gəlir gətirəcək SAHƏLƏR - Azərbaycanda nəyə yatırım etmək daha QAZANCLIDIR?

Gəlir gətirəcək SAHƏLƏR - Azərbaycanda nəyə yatırım etmək daha QAZANCLIDIR?

Hazırda oxunan: Gəlir gətirəcək SAHƏLƏR - Azərbaycanda nəyə yatırım etmək daha QAZANCLIDIR?

205206

Müxtəlif növ yatırım növləri var. Azərbaycanda ən çox yayılan yatırım növü daşınmaz əmlak, biznes və qızıldır. Qızıla yatırım etmək adəti keçmiş dövrlərdən bu günə qədər aktivdir. Bir çoxları qızıla yatırımın gəlirli olduğunu düşünsə də, bəziləri bunu sadəcə pulunu saxlamaq üçün edir. 

Bəs daşınmaz əmlaka yatırım nə qədər qazanclıdır?

Ekspert Nəcəf Allahverdiyev Bizim.Media-ya açıqlamasında yatırımın növlərindən danışıb. O, deyib ki, investisiyanın uğurlu olması insanların niyyətlərindən asılıdır:

“Yatırımı niyə istədiklərinə bağlıdır. Yatırımın fərqli formaları var. Bu formaların hər birinin əsas iki hədəfi olur. Birinci hədəf əldə olan  pulları saxlamaq, ikinci isə əldə olan pullardan daha çox qazanc əldə etməkdir. Yatırımdan nə qədər çox qazanc əldə etmək istənilirsə, bir o qədər risklər artır. Əksər hallarda daşınmaz əmlaka edilən yatırım özü-özlüyündə pulun saxlanması baxımından yaxşı investisiya sayılır”. 

Qızıla yatırım...

Nəcəf Allahverdiyev deyir ki, qızıla yatırımla qazanc əldə etmək olmur:

“Qızılın son  dövrlərdə qalxmaq tendensiyası var. Müsbət cəhəti odur ki, fors-major hallar üçün qızıl əlverişlidir, çünki satmaq çox rahatdır. Qızıla qoyulan investisiyanın çatışmayan cəhəti ondan ibarətdir ki, qızılın qiyməti qalxsa da, sadəcə olaraq sizi inflyasiyadan qorumuş olur. Məsələn, əgər siz bu gün bəlli bir məbləğə qızıl alırsızsa, qızılın qiyməti qalxdıqdan sonra siz həmin miqdar qızılı aldığınızdan daha baha sata bilərsiz. Amma nəzərə alın ki, ümumiyyətlə qiymətlər qalxıb və həmin məbləğ faktiki olaraq sizə gəlir gətirmiş olmur. Sadəcə sizi inflyasiyadan qoruyur”. 

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO