2024-cü ilin iyun ayında Qazaxıstandan Azərbaycana beynəlxalq pul köçürmə sistemləri vasitəsilə 1340-dan çox əməliyyat həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Milli Bankının hesabatında deyilir.
Yuxarıda göstərilən əməliyyatların ümumi həcmi 884,3 milyon tenge (təxminən 1,86 milyon ABŞ dolları) təşkil edib. İyun ayında Qazaxıstandan pul köçürmələrinin sayında və həcmində Azərbaycanın payı müvafiq olaraq 0,7 və 1,2 faiz təşkil edib.
Eyni zamanda, iyun ayında Azərbaycandan Qazaxıstana ümumi məbləği 457,2 milyon tenge (təxminən 863 min ABŞ dolları) olan 540-a yaxın əməliyyat həyata keçirilib.
Əməliyyatların sayında və həcmində Azərbaycanın payı müvafiq olaraq 0,8 və 2,4 faiz təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin iyun ayında beynəlxalq pul köçürmə sistemləri vasitəsilə Qazaxıstana/Qazaxıstandan həyata keçirilən pul köçürmələrinin həcmi 75,3 milyard tenge (təqribən 158 milyon dollar) dəyərində 206 min əməliyyat təşkil edib.
2024-cü ilin may ayı ilə müqayisədə pul köçürmələrinin sayında 6,2 faiz, əməliyyatların həcmində isə 0,6 faiz azalma var.
Bizim.Media