Bu ilin avqustun 1-dən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Sloveniyaya qaz təchizatına başlanılıb.
Bizim.Media SOCAR-a istinadla xəbər verir ki, qaz təchizatı cari ilin iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir. SOCAR və Geoplin uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirməyi hədəfləyirlər.
Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu ölkə olur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:24 / 01.08.2024
Azərbaycandan Sloveniyaya qaz nəqlinə START VERİLDİ
Hazırda oxunan: Azərbaycandan Sloveniyaya qaz nəqlinə START VERİLDİ
Hazırda oxunan: Azərbaycandan Sloveniyaya qaz nəqlinə START VERİLDİ
204641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.