“Bitcoin”in YÜKSƏLİŞİ – Qiymət artımı bu tarixədək DAVAM EDƏCƏK

“Bitcoin”in YÜKSƏLİŞİ – Qiymət artımı bu tarixədək DAVAM EDƏCƏK

Hazırda oxunan: “Bitcoin”in YÜKSƏLİŞİ – Qiymət artımı bu tarixədək DAVAM EDƏCƏK

204423

Kriptovalyuta bazarında son günlərdə qiymətlərin artımı müşahidə edilir. İlk kriptovalyuta olan “bitcoin” iyulun 29-u 70.000 dollardan daha baha qiymətə ticarət olunmağa başlayıb.

Donald Trampın kriptovalyutaya təsiri

Crypto Consulting MMC-nin direktoru, “kriptoinvest.az” portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev Bizim.Mediaya açıqlamasında deyib ki, kriptovalyuta bazarında son günlərdə qiymətlərin artmasına əsas səbəb ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qələbə qazanması ehtimalının yüksək olmasıdır:

“Çünki Trampın prezident seçilməsi ümumilikdə kriptovalyuta sektoru üçün olduqca müsbət qiymətləndirilir. “Bitcoin” tərəfdarı kimi tanınan Tramp iyun ayında özünü “kripto-prezident” adlandırmışdı və Demokratların ABŞ-da kriptovalyuta sənayesini tənzimləmək cəhdlərini tənqid etmişdi.

İyulun 13-də seçki kampaniyası zamanı çıxışı zamanı Trampa sui-qəsd cəhdindən sonra onun qalib gəlmə şansı 60%-dən 70%-ə yüksəlmişdi. O, vəd verib ki, hakimiyyətə gələn kimi kriptovalyuta sektorunun tənzimlənməsi prosesini sürətləndirəcək və rəqəmsal valyutalar üçün münbit şərait yaradılacaq”.

“Kriptovalyuta paytaxtı”

Elnur Quliyev ehtimal edir ki, qiymət artımı sentyabr ayına qədər davam edəcək:

“Bundan əlavə, Tramp, iyulun 27-si Tennessi ştatının Nashville şəhərində təşkil edilən “Bitcoin 2024” konfransında çıxışı zamanı, seçiləcəyi təqdirdə ABŞ-ı dünyanın kriptovalyuta paytaxtına çevirəcəyini vəd vermişdi. Hazırda Bitcoin 66.000-67.000 dollar ətrafında ticarət olunsa da, altkoinlərdə ciddi qiymət dəyişməsini müşahidə etmək olmur.

Böyük ehtimal ki, bu vəziyyət sentyabr ayına qədər davam edəcək. Kriptovalyutaların qiymətinin yüksəlməsinə təsir edə biləcək əsas fundamental faktor FES-in uçot faiz dərəcəsinin endirilməsi olacaq”.

Nuray, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO