Hazırda bir çox meyvə tərəvəzlərin yığım mövsümüdür. Lakin bazarlarda qiymətlərin ucuzlaşması müşahidə olunmur. Belə ki, ötən illərlə müqayisədə bir çox meyvə və tərəvəzin qiyməti 2-3 dəfə daha bahadır.
Bəs bahalığa səbəb nədir?
İqtisadçı Elşad Məmmədov Bizim.Media-ya açıqlamasında deyib ki, bahalığın bir çox səbəbləri var:
MÖVZU İLƏ BAĞLI:
Kartof istehsalı azalsa da, ixracın həcmi və dəyəri ARTIB – FƏRQLİ STATİSTİKA
“Kredit resurslarına çıxış imkanlarının məhdudluğu, kredit resurslarının faiz göstəricilərinin yüksəkliyi, eyni zamanda kreditlərin verilməsində tələb olunan girov bazasının bir çox hallarda sahibkarlar üçün əlçatan olmaması əsas səbəblərdir”.
Regional-iqtisadi əməkdaşlıq
İqtisadçı bildirir ki, yerli məhsullar üçün regional bazarın kifayət qədər geniş olmaması da bahalaşmaya gətirib çıxarır:
“Düşünürəm ki, regional-iqtisadi əməkdaşlığın dərinləşməsinə ehtiyac var. Çünki yalnız daxili bazar hesabına məhsul istehsalının həcminin artırılmasını təmin etmək olduqca çətindir. Eyni zamanda ticarət şəbəkələrindəki durumu da qeyd etmək lazımdır. Fikrimcə, əksər hallarda bizim yerli istehsalçılar bazara məhsulların çıxarılması ilə bağlı böyük problemlərlə üzləşirlər. Belə ki, istehsalçı qiyməti ilə son pərakəndə bazarlardakı satış qiyməti arasında çox böyük fərqlər olur. Bu da istehsalçının maraqlarına çox ciddi zərbələr vurur”.
Nuray, Bizim.Media