Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?

Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?

Hazırda oxunan: Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?

203677

Xəbər verdiyimiz kimi, ölkəmizdə yeni sığorta növü tətbiq olunacaq. Belə ki, yaxın gələcəkdə istehlak kreditləri sığortalanacaq. Bunun da faydası odur ki, istehlak krediti götürmüş şəxs dünyasını dəyişərsə və yaxud əmək qabiliyyətini itirərsə, o zaman onun bank qarşısında öhdəliyini sığorta şirkəti qarşılayacaq.

Amma son günlər sosial şəbəkələrdə və bəzi KİV-lərdə belə məlumat yayılıb ki, istehlak kreditlərinin sığortalanması bank tərəfindən zamin tələbini aradan qaldıracaq.

Bu nə dərəcədə realdır?

Məsələylə bağlı Bizim.Media-ya danışan VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, zaminin tələb olunması bankların verdiyi qərardır:

“Yəni banklar istəsələr, zaminsiz də kredit təklif edə bilərlər. Ona görə də zamin tələbi məcburi xarakter daşımır. Amma banklar riskləri sığortalamaq üçün zamin tələb edirlər. Bəzi hallarda zaminsiz kredit verməyə maraq göstərmirlər. Bu mənada istehlak kreditlərinin sığortalanması zamin tələbinə müəyyən təsir göstərəcək. 

Amma bu krediti bilərəkdən ödəməmək hallarının sığortalanması anlamına gəlmir. 

Kredit götürən şəxs dünyasını dəyişərsə  və yaxud əmək qabiliyyətini itirərsə, bu zaman sığorta mexanizmi işə düşə bilər. Amma kreditin sığortalanması o anlama gəlmir ki, kimsə sabah götürdüyü krediti ödəməsə, onun əvəzindən sığorta şirkəti borcu qapadacaq. Belə bir hal baş verməyəcək. Doğrudur, sığorta zaminə tələbi azaltsa belə, bankların zamin tələb etməsi yenə mümkündür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO