Tikinti-təmir işlərində istifadə olunan mişar daşının qiyməti artıb. Bir neçə gün öncə daş karxanalarında 50-52 qəpiyə satılan daş indi alıcılara 0.80-1 AZN-ə təklif olunur.
Yay fəslində tikintinin çox olduğu vaxtda qiymət artımı vətəndaşların, həmçinin, tikinti şirkətlərinin xərclərini az qala ikiqat artırıb. “Kubik” qiymətindəki artımın isə fərqli səbəbləri var.
Həmin səbəblərin bir neçəsini iqtisadçı Xalid Kərimli Bizim.Media-ya sadalayıb.
Onun sözlərinə görə, qiymətə təsir edən amillərdən biri dizelin qiymətindəki artımdır:
“Dizelin qiymətinin artması tikinti daşının maya dəyərinə çox ciddi təsir edir. Buna görə də təkcə daş yox, qum, sementin qiymətində də bahalaşma olacaq”.
Ekspert ekoloji standartlara ciddi nəzarət olunmasının da qiymətə təsirsiz ötüşmədiyini vurğulayıb:
“Ekoloji standartlar yüksəlir. Daş karxanalarını əvvəlki kimi istismar edə bilmirlər, buna ciddi nəzarət var. Digər səbəb isə maşınların yük götürməsi ilə bağlıdır. Yəni əvvəllər yük maşınlarını nə qədər istəyirdilər doldururdular, yoldakı asfalt örtüyü xarab olurdu. İndi yollara elektron tərəzilər qoyublar, bu tərəzilər maşınların artıq yüklənməsinə imkan vermir, avtomatik rejimdə radara salır”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:50 / 27.07.2024
Mişar daşının qiyməti niyə BAHALAŞIB?
Hazırda oxunan: Mişar daşının qiyməti niyə BAHALAŞIB?
Hazırda oxunan: Mişar daşının qiyməti niyə BAHALAŞIB?
203660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.