Yay fəsli olmasına baxmayaraq, paytaxt bazarlarında pomidorun qiyməti baha təklif olunur. Alıcılar qiymətin baha olmasından gileylənirlər.
Bizim.Media xəbər verir ki, satıcılar qiymətlərin baha olmasının səbəbini ötən illə müqayisədə bu il rayonlardan baha almaqları ilə əlaqələndirirlər.
Bölgələrdə isə əkinçilər pomidorları yeşiklərlə ucuz qiymətə satdıqlarını deyirlər.
Ekspertlər pomidor qiymətinin baha olmasının səbəbini bölgələrdəki yağıntılarla və yanacağın baha olması ilə əlaqələndirirlər. Yaxın günlərdə qiymətin ucuzlaşacağını da ehtimal edirlər.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media