İyulun 18-dən etibarən istehsalçılar unun qiymətini 1 manatdan çox azaldıblar.
Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,8-28,5 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 28,3-29,5 manat təşkil edirdi. Ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu U.S. və T.LTD” BM tərəfindən bazara təqdim olunur.
Maraqlıdır, qiymətin enmə tendensiyası davam edəcəkmi?
İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, unun qiymətinin sabit olması üçün taxılın qiyməti davamlı ucuzlaşmalıdır:
“Təbii ki, Azərbaycanın daxili istehsalı azdır. 75 faiz əmtəəlik buğdanı xaricdən alırıq. Belə olan təqdirdə taxılın qiyməti dünya bazarında davamlı ucuzlaşmalıdır ki, unun da qiyməti ensin. Əsas maya dəyəri taxıla görə müəyyənləşdirilir. Sentyabr, oktyabr, noyabr aylarını gözləmək lazımdır. Taxıl yığımından sonra reallığı görə biləcəyik.
Həmin dövrdə bolluq olarsa, dünya bazarında qiymətlər sabitləşərsə, hətta ucuzlaşarsa, bu zaman unun qiymətinin daha da enməsini görə bilərik. Hər şey buğda qiymətlərindən asılı olacaq”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:00 / 24.07.2024
Unun qiyməti YENƏ UCUZLAŞACAQ?
Hazırda oxunan: Unun qiyməti YENƏ UCUZLAŞACAQ?
Hazırda oxunan: Unun qiyməti YENƏ UCUZLAŞACAQ?
203270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.