Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı AZALIB 

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı AZALIB 

Hazırda oxunan: Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı AZALIB 

203244

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 177 664 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb. 

Bu barədə Bizim.Media-ya Dövlət Xidmətindən bildirilib. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 % azdır. 

Yarım illik göstəricinin 27 707-si (15,6 %-i) ilkin, 149 957-si isə (84,4 %-i) isə təkrar qeydiyyatın payına düşür. 

Qeydiyyatı aparılan əmlaklardan 27 695-i fərdi yaşayış və bağ evi, 39 388-i mənzil, 104 580-i torpaq sahəsi, 1 586-sı qeyri-yaşayış binası, 4 017-si qeyri-yaşayış sahəsi, 376-sı əmlak kompleksi, 22-si isə çoxmərtəbəli yaşayış binasıdır. Bunların 45 513-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür. 

Hesabat dövründə 132 115 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə 1 il əvvələ nisbətən 39,4 % azdır. 

İl ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 9,95 % azalaraq 35 203 olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO