Azərbaycanın bank sektorunun aktivləri 50 milyard manatı KEÇİB 

Azərbaycanın bank sektorunun aktivləri 50 milyard manatı KEÇİB 

Hazırda oxunan: Azərbaycanın bank sektorunun aktivləri 50 milyard manatı KEÇİB 

203214

Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 50 milyard 328,1 milyon manat təşkil edib. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 11,3 % çoxdur. 

Bankların aktivlərinin 23 970,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 44,4 %-dən 47,6 %-ə qalxıb. 

Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,2 % artaraq 44 086,3 milyon manata, o cümlədən depozit portfeli 9,8 % artaraq 35 185 milyon manata çatıb. Bunun 13 880,3 milyon manatı fiziki, 21 304,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 8,8 % artıb. 

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,3 dəfə azalaraq 47,1 milyon manat olub. 

Sektorun balans kapitalı isə 5,6 % artaraq 6 241,8 milyon manat təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO