“SOCAR 1 il yarımdan artıqdır ki, transformasiya edir. Neft-qaz şirkətindən enerji şirkətinə çevrilir”.
Bizim.Media xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı deyib.
O qeyd edib ki, SOCAR 2030-cı ilədək məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq:
"SOCAR öz emissiyalarında ölçmələr edir. Dekarbonizasiya mərhələsində azalmanı təmin etməyi hədəfləmişik. SOCAR-da yeni seqmentlər yaradılıb və bizneslərin yaradılması istiqamətində də işlər görülür. Külək, günəş, yaşıl hidrogen məsələləri araşdırılır. SOCAR və Bp şirkəti 2025-ci ilin sonuna kimi 240 Mvt gücündə "Şəfəq" günəş elektrik stansiyası layihəsinin həyata keçirilməsini planlaşdırır".
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:40 / 18.07.2024
“2030-cı ilədək SOCAR məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq” – RƏSMİ
Hazırda oxunan: “2030-cı ilədək SOCAR məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq” – RƏSMİ
Hazırda oxunan: “2030-cı ilədək SOCAR məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq” – RƏSMİ
202528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.