Bugünkü hərracda dövlət əmlakı olan 18 nəqliyyat vasitəsi satılıb

Bugünkü hərracda dövlət əmlakı olan 18 nəqliyyat vasitəsi satılıb

Hazırda oxunan: Bugünkü hərracda dövlət əmlakı olan 18 nəqliyyat vasitəsi satılıb

202327

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac təşkil edilib.


Əmlak Məsələləri Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, nəqliyyat vasitələri üzrə rəqabətli keçirilən hərracda 18 nəqliyyat vasitəsi satılıb.

Belə ki, ilkin qiyməti 6000 manat olan “Toyota Avalon” markalı avtomobil 10 min 300 manata satılıb, BMW 750 markalı avtomobilə edilən təklif isə 13 min 500 manatdan 16 min 900 manata yüksəlib.
Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO