Kredit ÖHDƏLİYİ - Borcunu ödəyə bilməyən vətəndaşlar nə etməlidir?

Kredit ÖHDƏLİYİ - Borcunu ödəyə bilməyən vətəndaşlar nə etməlidir?

Hazırda oxunan: Kredit ÖHDƏLİYİ - Borcunu ödəyə bilməyən vətəndaşlar nə etməlidir?

201219

Ölkədə bankların mütləq əksəriyyəti bəzi şərtlərlə vətəndaşlara kreditlər verirlər. Problemlərini həll etməyə çalışan vətəndaşlar bəzən bir neçə aydan sonra aylıq ödənişlərini etməkdə çətinlik çəkirlər. Çalışdığı işi itirmək, xərclərin artması və ya gəlirlərin azalması buna səbəb olan amillərdir.

Bəs maraqlıdır, kredit ödəmək imkanını itirən şəxslər nə etməlidir? 

İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda adına KREDİT götürülən müəllimdən növbəti ŞİKAYƏT – “3 aydır boşuna pul ödəyirəm”


O bildirib ki, vətəndaşların çalışdığı işi itirməsi, onların xərclərinin artması və ya  gəlirlərinin azalması kredit öhdəliklərinə xitam vermir:

“Sadalanan səbəblər hansısa güzəşt hüququ da yaratmır. Bunun üçün mütləq şəkildə vətəndaş borcu verən strukturla və ya şəxslə vəziyyəti razılaşdırmalıdır.  Əgər kredit verən şəxs əmək qabiliyyətini itiribsə, bu zaman banklar girov götürürlər, zəmanət və zamin tələb edirlər. Belə məsələlərdə avtomatik olaraq zaminin öhdəliyi ortaya çıxır. Bank krediti verəndə vətəndaşın ödəmə qabiliyyətinə baxır. İstisna halları sistem görə bilmədiyi üçün banklar girov və ya zamin tələb edirlər. Zamin borc alanla eyni öhdəlikləri daşıdığı üçün imkanı olmadığı təqdirdə eyni məsələlər ona da yönəldilir – yəni girovluq təminatına... Proses davam etdiyi müddətcə cərimə faizi tətbiq olunur, dayanmır. Proses məhkəməyə getdikdə cərimə faizi dayanır. Amma məhkəmə də vətəndaşı borcu ödəməsinə məcbur edir”. 

Ekspertin sözlərinə görə ortada girov varsa, həmin girov onu götürənə verilir:

“Ortada zamin və ya girov yoxdursa, xırda məbləğ ödəniş edilibsə, vətəndaşın kredit tarixçəsi korlanmış olur, bu da ona əlavə bir zərbədir. Bankların bu cür hallarda itkiləri olur. Buna görə də ehtiyat yaradırlar. Ancaq qanunvericilikdə bu məsələ ilə bağlı vətəndaşlar üçün hər hansısa bir çıxış yolu yoxdur”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO