Əmək pensiyaları ilə bağlı bir sıra yeniliklər olacaq.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev "Əmək pemsiyaları haqqında" qanuna dəyişikləri təsdiq edib.
Mövzuya millət vəkili Vüqar Bayramov münasibət bildirib. Onun sözlərinə görə, yeni dəyişikliklər imkan verəcək ki, bir sıra vətəndaşların pensiyalarının təminatı və pensiya təyinatı proaktiv şəkildə həyata keçirilsin.
Digər mühüm dəyişiklərdən biri hərbçilərin pensiya məbləğinin artırılması ilə bağlıdır.
Millət vəkili deyib ki, qanuna edilən digər dəyişikliklər də pensiya sisteminin təkmilləşdirilməsinə xidmət edir.
Daha ətraflı videomaterialda:
Bizim.Media