Qanunvericiliyə edilən dəyişiklikliyə görə, 2023-cü ilin oktyabrın 1-dən sonra tikilən evlərin müvafiq icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik, istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmur.
Bizim.Media xəbər verir ki, icazə sənədi üçün isə başlıca tələb torpaq sahəsinin çıxarışının olmasıdır.
Əmlakçı Vüqar İsmayılovun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar Bakıda keçən illə müqayisədə torpaq sahələrinin qiymətində artım müşahidə olunur.
"Ən ucuz torpaq sahələri Qobustan və Pirəkəşküldədir. Bu ərazilərdə torpağın sotu 1000 manatdan başlayır", - deyə o əlavə edib.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev də təsdiqləyir ki, hazırda tələbat sənədli torpaqlaradır ki, bu da qiymətlərin artmasına səbəb olub:
"Paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində torpaq sahəsinin 1 sotunun qiyməti 200-500 min manat arasında dəyişir".
Daha ətraflı Baku TV-nin materialında:
- A-
- A
- A+
İqtisadiyyat
19:36 / 28.06.2024
Bakıda torpaq sahələrinin bahalaşmasının səbəbi nədir?
Hazırda oxunan: Bakıda torpaq sahələrinin bahalaşmasının səbəbi nədir?
Hazırda oxunan: Bakıda torpaq sahələrinin bahalaşmasının səbəbi nədir?
199535
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.