Dolların məzənnəsi ilə bağlı MÜHÜM PROQNOZ – “Gələn ilin sonunda...”

Dolların məzənnəsi ilə bağlı MÜHÜM PROQNOZ – “Gələn ilin sonunda...”

Hazırda oxunan: Dolların məzənnəsi ilə bağlı MÜHÜM PROQNOZ – “Gələn ilin sonunda...”

199481

Xəbər verdiyimiz kimi bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 3 milyard 598,8 milyon ABŞ dolları məbləğində satış olub.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Təkcə bu ay isə valyuta satışının məbləği 581 milyon dollar təşkil edib. 

Bu isə 1 il əvvəlki göstəricilərə nisbətən 7,4 dəfə çoxdur.

Məsələni Bizim.Media-a üçün şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dollara tələbatın artması gözləniləndir:

“Tələbatın yüksəlməsi mövsümlə əlaqəlidir. Turizm mövsümünün başlaması ilə əlaqədar xaricə gedənlərin sayı artır. Xaricə gedənlər də dollar tədarük edir. Bu da tələbatı bir qədər artırır. Digər səbəbsə idxalın artmasıdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi xeyli böyüyüb. Təbii ki, Qarabağda aparılan quruculuq işlərində də idxal məhsullarının böyük payı var. Aparılan tikinti işlərində taxtadan tutmuş bir çox materiallar və avadanlıqlar xaricdən alınır. Yay mövsümündə tikintinin miqyası böyüdükcə idxal da artır. Bu da öz növbəsində dollara tələbatı yüksəldir”.

Müsahibimiz hesab edir ki, dollara tələbat sentyabra qədər artacaq:

“Çünki sentyabrda ali və orta məktəblərin açılması ərəfəsində xaricdən böyük ölçüdə ləvəzimat idxal edilir. Yalnız oktyabr ayından başlayaraq dollara tələbat azalacaq. Tələbatın azalma prosesi dekabr ayına qədər davam edəcək. Yalnız yeni il ərəfəsində tələbat yenidən artacaq”.

Bəs dollara artan tələbat manatın məzənnəsinə necə təsir edəcək?

“Azərbaycanda manatın məzənnəsi inzibati yolla tənzimlənir. Bu mənada dollara tələbatın artması manatın məzənnəsinə ancaq dolayı yolla təsir edə bilər. Birbaşa təsiri isə olmayacaq. Çünki bu məsələ siyasi-iqtisadi qərarla tənzimlənir. Ona görə də 2024-cü ildə manatın məzənnəsində hər hansı bir dəyişikliyin olacağını demək olmaz. Lakin növbəti 2025-ci ilin sonunda və yaxud 2026-cı ilin əvvəlində manatın məzənnəsində müəyyən dəyişikliklər ola bilər”, - deyə Natiq Cəfərli qeyd edib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO