Azərbaycanda yeni dövlət rüsumları müəyyən edilir - 50 min manat…  

Azərbaycanda yeni dövlət rüsumları müəyyən edilir - 50 min manat…  

Hazırda oxunan: Azərbaycanda yeni dövlət rüsumları müəyyən edilir - 50 min manat…  

199458

Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə aid edilən döyüş təyinatlı hərbi texnika və hərbi silahla bağlı lisenziya verilməsinə görə yeni dövlət rüsumu müəyyənləşir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb. 

Dəyişikliklə döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək. 

Digər dəyişikliklə isə döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək. 
Müzakirələrdən sonra dəyişiklik layihələri səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO