Ət nə qədər UCUZLAŞACAQ? – MÜHÜM AÇIQLAMA

Ət nə qədər UCUZLAŞACAQ? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Ət nə qədər UCUZLAŞACAQ? – MÜHÜM AÇIQLAMA

198118

Qurban bayramından sonra ət bazarında qiymətlər aşağı düşüb. Əgər bir həftə əvvəl quzu əti 20-22, dana əti 15-16 manata təklif olunurdusa, hazırda quzu əti 18-19, mal əti isə 13-14 manata satılır.

Mütəxəssislər hesab edir ki, qiymətlərdəki eniş hələ bir müddət davam edəcək.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki,  bir qayda olaraq Qurban bayramından sonra ətin qiyməti ucuzlaşır:

“Sözügedən tendensiya bu gün də davam edir. Amma ətin ucuzlaşmasını zəruri edən digər səbəblər də var. Bunun birincisi havaların kəskin istiləşməsidir. Məlumdur ki, insanlar təzə ət almağa daha çox meyl edir. İsti günlərdə isə əti çox saxlamaq olmur. Ət çox qalanda öz təbii rəngini dəyişir. Ona görə də satıcılar çalışır ki, təzə əti maksimum qısa zamanda satsınlar.

Bunun üçün də qiymətdə 1-2 manat güzəştə gedirlər ki, daha çox müştəri cəlb eləsinlər.

Digər bir səbəb odur ki, yay aylarında ət xörəklərinə maraq azalır. İnsanlar tərəvəz yeməklərinə daha çox üstünlük verir. Təbii ki, bu da ətin qiymətinə təsir edən ənənəvi faktordur. Burada əhalinin alıcılıq qabilliyyəti də əsas amillərdən biridir. Mal və quzu əti baha olduğu üçün insanlar daha çox toyuq ətinə üstünlük verir.

Ən nəhayət, Məhərrəm ayının yaxınlaşması bazara öz təsirini göstərir. Məlumdur ki, Məhərrəmlikdə və ondan sonrakı qısa müddətdə toylar olmur. Toyların olmaması da ət bazarında tələbi azaldır. Bax, dediyimiz bu səbəblər bu gün ətin qiymətini 10-15 faiz ucuzlaşmasını zəruri edir. Bu ucuzlaşma avqustun sonlarına, sentyabrın əvvəllərinədək davam edəcək”.

Müsahibimiz onu da xatırladıb ki, ucuzlaşma uzun çəkməyəcək:

“Sentyabrdan sonra ətin qiyməti yenidən artacaq. Səbəbsə  həm əhalinin artan təlabatı, həm də yemin bahalaşmasıdır. Məlumdur ki, may-iyun aylarında havaların yağıntılı keçməsi yem tədarükünə mənfi təsir edib. İkinci yonca çalımı yox dərəcəsindədir. Bu səbəbdən havalar soyuduqca yonca kipinin qiyməti bahalaşacaq. Bu da ətin qiymətində özünü göstərəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO