Bu MDB ölkəsində xarici valyuta çatışmazlığı yarandı

Bu MDB ölkəsində xarici valyuta çatışmazlığı yarandı

Hazırda oxunan: Bu MDB ölkəsində xarici valyuta çatışmazlığı yarandı

197864

Özbəkistanda xarici valyuta çatışmazlığı yaranıb. 


Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda Özbəkistan Mərkəzi Bankı məlumat yayıb.


Xarici valyuta çatışmazlığına ölkədən xaricə pul köçürmələrinin həcminin və daxili bazarda nağd valyutaya tələbin artması səbəb olub. 


Xaricə pul köçürülməsinin artması Rusiya faktoru ilə bağlıdır. Fiziki şəxslər tərəfindən ilk altı ayda 6,5 milyard dollarlıq transfer edilib ki, bunun da 5,3 milyard dollardan çoxu Rusiyaya gedib.


Qeyd edək ki, Rusiyaya sanksiyalar tətbiq edildikdən sonra ölkədə xarici valyuta çatışmazlığı problemi yaranıb. Xarici valyutaya olan tələbin bir hissəsi Rusiya ilə münasibətləri normal olan ölkələrdən transferlər vasitəsilə həyata keçirilir. 


Vasif,
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO