Pensiya ödənişlərinə yönəldilən vəsaitin məbləği açıqlandı

Pensiya ödənişlərinə yönəldilən vəsaitin məbləği açıqlandı

Hazırda oxunan: Pensiya ödənişlərinə yönəldilən vəsaitin məbləği açıqlandı

197831

Son beş ayda pensiya ödənişlərinə 328 milyon manat çox olmaqla 2 milyard 693 milyon manat yönəldilib. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin yanvar-may aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (328 milyon manat) çox olmaqla 2 milyard 693 milyon manat vəsait yönəldilib.

Pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Son 5 ayda 18,4 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 121 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO