Son 5 ayda əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi VERİLİB

Son 5 ayda əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi VERİLİB

Hazırda oxunan: Son 5 ayda əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi VERİLİB

197777

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-may aylarında əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, onlardan 4,1 mini təkərli oturacaq (o cümlədən 139-u mühərrikli təkərli oturacaq), 993-ü aşağı və yuxarı ətraf, habelə 1,2 mini eşitmə aparatı, 1,2 mini qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 3,7 min cüt protez və ortopedik ayaqqabı, 37 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin 5 ayı ərzində ümumilikdə 6,9 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO