Təyyarədə əl yükü kimi daşınmasına icazə verilən əşyaların siyahısı genişləndirilib.
Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ında etdiyi dəyişiklikdə əksini tapıb.
Aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmir. İstisna hallarda qüvvədə olan qərara, aviaşirkətlərin qaydalarına əsasən, yalnız aşağıdakı şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilir:
- qadın əl çantası və ya kişi portfeli;
- ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto/videokamera;
- portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);
- üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
- gül dəstəsi;
- uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi;
- çətir;
- uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar;
Ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.
Epidemioloji vəziyyətlə əlaqədar sərnişinlərin və ekipaj üzvlərinin sağlamlığı üçün təhlükənin minimuma endirilməsi məqsədilə hava gəmisində davranış qaydaları haqqında sərnişinlərə məlumat məsafədən audio, video və s. vasitəsilə verilir.
Sərnişinlər terminal binasına daxil olduqda, tibb işçiləri xüsusi avadanlıq vasitəsilə onların hərarətini ölçür və lazım olduqda xüsusi testləşdirmə aparılır.
Sərhəd nəzarəti zamanı sərhəd nəzarəti orqanı sərnişinlərdə arayışların mövcud olmasını və bu Qaydaların 2.1.3-cü yarımbəndinin tələblərinə uyğunluğunu yoxlayır, həmçinin onlar tərəfindən doldurulmuş Bəyannamələri toplayır.
Bizim.Media