Hər yay ucuzlaşan yumurta bu dəfə BAHALAŞACAQ? – MÜHÜM AÇIQLAMA

Hər yay ucuzlaşan yumurta bu dəfə BAHALAŞACAQ? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Hər yay ucuzlaşan yumurta bu dəfə BAHALAŞACAQ? – MÜHÜM AÇIQLAMA

196165

Xəbər verdiyimiz kimi Azərbaycanda yumurta yenidən bahalaşıb. Belə ki, bir neçə gün bundan əvvəl 10-11 qəpiyə satılan kənd yumurtası artıq 14 qəpiyə təklif edilir.

Bəs, bu tendensiya sənaye yumurtasının qiymətinə necə təsir edəcək?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, kənd yumurtasının mövsümi olması həqiqətən də sənaye yumurtasının qiymətinə təsir edir:

“Aprel-may aylarında bazarda kənd yumurtası çoxalır. İstilərlə bağlı toyuqlarda yumurta vermə azalır. Payız aylarında isə çoxalır. O ki, qaldı sənaye yumurtasına, onu deyə bilərəm ki, sənaye yumurtasının 1 dənəsinin maya dəyəri 12-14 qəpik arasında dəyişir. Hazırda marketlərdə sənayə yumurtası 12-14 qəpiyə təklif olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye yumurtası 3-5 qəpik ucuzdur.  

Nəzərə alaq ki, yumurtaya tələbat yay aylarında azalır. 

Bu da əsasən yayda insanların, xüsusən də uşaqların tətildə olması ilə bağlıdır. Üstəlik, yayda yumurta yeməklərinə maraq azalır. Təsadüfi deyil ki, qış aylarında sutkada 3.6-4 milyon ədəd yumurta istehlak edildiyi halda, yayda tələbat 2,8-3 milyon ədədə qədər düşür. Ona görə də kənd yumurtasından fərqli olaraq sənaye yumurtası yay aylarında ucuzlaşır. 

Bununla belə, Mürvət Həsənli hesab edir ki, kənd yumurtasının qiymətinin bahalaşması sənaye yumurtasının qiymətinə az da olsa təsir edəcək:

“Amma böyük qiymət sıçrayışı olmayacaq. Çünki ölkə əhalisinin yumurtaya gündəlik ehtiyacı 3 milyon 600 min ədəddir. Bu ehtiyac da artıqlaması ilə ödənilir. Əvvəllər biz gündə 4,5 -5 milyon civarında yumurta istehsal edirdik. Amma bu gün gündəlik yumurta istehsalı 5,5 milyon ədədi keçib. Artıq yumurtanı ixraca yönəldirik. Bu ilin 5 ayında 100 milyon ədəd yumurta ixrac etmişik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO