SOCAR-ın vitse-prezidentindən “Ümid” yatağı ilə bağlı AÇIQLAMA:

SOCAR-ın vitse-prezidentindən “Ümid” yatağı ilə bağlı AÇIQLAMA: "Böyük potensialı var"

Hazırda oxunan: SOCAR-ın vitse-prezidentindən “Ümid” yatağı ilə bağlı AÇIQLAMA: "Böyük potensialı var"

195979

“Ümid” yatağının 6 quyusu var və kəşfiyyat işləri bu quyuların böyük potensialı olduğunu göstərir. Biz “Total” şirkəti ilə əməkdaşlıq edərək bu quyuların işlənməsini həyata keçirəcəyik.

Bizim.Media xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Forumunda “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, geoloji kəşfiyyat işlərinin aparılması üçün SOCAR-ın yaxşı komandası var.

“Qarabağ” yatağının kəşfiyyatı da onun potensialının böyük olduğunu deyir və yaxın 3 ilə bu yataqdan təbii qaz hasil ediləcək. Bundan başqa, “Abşeron”, “Qarabağ”, “Naxçıvan”, “Babək” yataqlarında da geoloji kəşfiyyat işləri həyata keçirilib və böyük həcmdə neft və qaz ehtiyatları müəyyən edilib”, - deyə Babək Hüseynov əlavə edib.

B. Hüseynov nəzərə çatdırıb ki, 30 ildir istismar olunmasına baxmayaraq Azəri-Çıraq-Günəşli (AÇG) yatağının imkanları böyükdür və gələcəkdə də hasilat davam edəcək: “SOCAR xarici tərəfdaşları ilə birlikdə çox etibarlı infrastruktur yaradıb, neft və qaz ixracını həyata keçirir. AÇG yataqlar blokunun infrastrukturu da mövcuddur. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurun qaz kəmərləri AÇG yataqlar blokunun nəqliyyat infrastrukturudur. Bu kəmərlər ixracın həyata keçirilməsində əhəmiyyətli rol oynayırlar. “Şahdəniz” yatağından hasil olunan təbii qaz isə Cənub Qaz Dəhlizi vasitəsi ilə ixrac olunur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO