Bu gün Bakı Enerji Forumu davam edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumun ikinci gününün proqramına aktual mövzular daxil edilib: “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı” və “Uğurlu enerji keçidində insan kapitalının rolu”.
Bizim.Media xəbər verir ki, COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub.
Bu il forumda 600-dən çox nümayəndənin iştirakı ilə, həmçinin yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər də keçirilir.
Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradır.
Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:05 / 06.06.2024
Bakı Enerji Forumunun ikinci günündə hansı mövzular müzakirə edilir? - FOTO
Hazırda oxunan: Bakı Enerji Forumunun ikinci günündə hansı mövzular müzakirə edilir? - FOTO
Hazırda oxunan: Bakı Enerji Forumunun ikinci günündə hansı mövzular müzakirə edilir? - FOTO
195955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.