Bu şirkət Azərbaycana 5 milyard dollara yaxın investisiya yatıracaq

Bu şirkət Azərbaycana 5 milyard dollara yaxın investisiya yatıracaq

Hazırda oxunan: Bu şirkət Azərbaycana 5 milyard dollara yaxın investisiya yatıracaq

195842

“Acwa Power” Azərbaycana 5 milyard dollara yaxın investisiya yatıracaq.

Bizim.Media xəbər verir ki, bu sözləri “Acwa Power” şirkətinin (Səudiyyə Ərəbistanı) icraçı vitse prezidenti və regional direktoru Abid Malik Bakı Enerji Forumunda “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, investisiya əsasən bərpaolunan enerji sahəsinə yatırılacaq.

“Acwa Power” olaraq Azərbaycanda bir müddətdir ki, fəaliyyət göstəririk. Bərpaolunan enerji ilə bağlı burada perspektiv çoxdur. Belə ki, siyasi baxımdan stabil region olmaqla yanaşı, tranzit yollar və dəhliz üstünlüklərini nəzərə alsaq Azərbaycan çox əlverişlidir və bizim üçün hədəf ölkədir. Eyni zamanda, biz SOCAR-la da əməkdaşlıq edirik. Bizim planlarımızdan biri Azərbaycan ilə əməkdaşlıq edərək yaşıl enerjini inkişaf etdirməkdir. Burada tamamlanacaq mərhələlər çoxdur”, - deyə o diqqətə çatdırıb.

Qeyd edək ki, ekoloji konsepsiyaya uyğun olaraq inşa edilmiş Bakı Konqres Mərkəzində iyunun 5-i və 6-da Xəzər regionunun enerji sektorunda ən mühüm tədbirlərindən biri olan 29-cu Bakı Enerji Forumu keçirilir. 

Forumda 600-dən çox nümayəndə iştirak edir. Tədbirə Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da qatılıb. Bu il forumun proqramına rekord sayda məruzəçi (spiker) daxildir (81).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO