Ərzaqlıq buğda istehsalçılarına müasir suvarma sistemləri üçün dövlət zəmanətli kreditlər veriləcək.
Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası”nı təsdiqləməsi ilə mümkün olub.
Qərarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına verilən kreditlər üzrə dövlət zəmanətinin verilməsinə dair məsələlərin müəyyən edilməsi nəzərdə tutulur.
Qərarın qəbulu ilə sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi təmin ediləcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:57 / 05.06.2024
Bu şəxslərə dövlət zəmanətli kreditlər veriləcək – QƏRAR
Hazırda oxunan: Bu şəxslərə dövlət zəmanətli kreditlər veriləcək – QƏRAR
Hazırda oxunan: Bu şəxslərə dövlət zəmanətli kreditlər veriləcək – QƏRAR
195792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.