“Saudi Aramco” 12 milyard dollarlıq səhmini bir neçə saata satdı

“Saudi Aramco” 12 milyard dollarlıq səhmini bir neçə saata satdı

Hazırda oxunan: “Saudi Aramco” 12 milyard dollarlıq səhmini bir neçə saata satdı

195364

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” hökumətin iqtisadi islahatlar üçün vəsait toplamaq planının bir hissəsi olaraq səhmlərini bazara çıxarıb və ticarətin ilk saatlarında satılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, səhmlər ticarətin ilk saatlarında satılıb və şirkət 11,94 milyard dollar qazanc əldə edib.

İnvestorlara hər səhm üçün 26,7-29 Səudiyyə riyalı (7,1-7,73 dollar) qiymət intervalında 1,545 milyard səhm təklif edilib ki, bu da “Saudi Aramco”nun ümumi nizamnamə kapitalının 0,64%-ni təşkil edir.
Hazırda şirkətin 82%-i birbaşa ölkə hökumətinə, daha 16%-i isə dövlət investisiya fonduna məxsusdur. “Saudi Aramco”nun bazar kapitalizasiyası təxminən 1,8 trilyon dollardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO